Cəmiyyət
FHN “Dəmirçi Plaza”da taktiki təlim keçirir
Xpress.az Redaksiyası
09.12.2025 11:18
Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhərinin Xətai rayonu, Xocalı prospektində yerləşən “Dəmirçi Plaza”da genişmiqyaslı taktiki təlim həyata keçirəcək. Təlim saat 12:00 radələrində başlayacaq.
Bu barədə Nazirliyin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ssenari üzrə keçiriləcək təlimə FHN-in xüsusi təyinatlı texnikası və şəxsi heyəti cəlb olunacaq.
Təlimin məqsədi fövqəladə hallara operativ müdaxilə, qarşılıqlı fəaliyyətin qiymətləndirilməsi və real vəziyyətlərdə koordinasiyanın səmərəliliyinin yoxlanılmasıdır.