Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Xarici diplomların tanınması gələn ilin əvvəlinə q...
Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər
Təhsil

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər DAYANDIRILIR

Xpress.az Redaksiyası 09.12.2025 18:27

Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
 "Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Bildiririk ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır.


Bu baxımdan, EMS vasitəsilə ərizələrin qəbulu bu il dekabrın 16-dan gələn il yanvarın 1-dək dayandırılacaq.

Ərizəçilərdən bunu nəzərə almaları və ən geci dekabrın 16-dək müraciət etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək