"Kombi"-ni daha effektiv isitməyin 3 Sadə Yolu
Mütəxəssislər kombini söndürdükdən bir neçə dəqiqə sonra petekdəki havaalma vanasını qısa müddətlik açaraq havanı çıxarmağı, su gəlməyə başladıqda isə vananı bağlamağı tövsiyə edir. Bu sadə əməliyyat istiliyin petek boyunca düzgün yayılmasını dərhal yaxşılaşdırır.
1. Reqlaj düzgün aparılmadıqda isti su peteklərə bərabər paylanmır
Evlərdə ən çox unudulan sazlamalardan biri reqlajdır. Adətən isti su kombiyə yaxın peteklərdə toplanır, uzaqdakı peteklərə isə az miqdarda çatır.
Reqlaj vasitəsilə:
-
Kombiyə yaxın peteklərin su axını azaldılır
-
Uzaqda yerləşən peteklərin axını artırılır
Bu şəkildə bütün peteklərdə bərabər istilik təmin olunur. Mütəxəssislərin fikrincə: “Bir petek çox isti, digəri isə soyuqdursa, problem kombidə deyil — reqlajdadır.”
2. Termostatik vanalar otaq temperaturunu sabit saxlayır
Termostatik vanalar peteklərə daxil olan isti suyun miqdarını otağın temperaturuna uyğun avtomatik tənzimləyir. Bunun nəticəsində:
-
Otağın həddindən artıq isinməsinin qarşısı alınır
-
İstilik paylanması balanslaşır
-
Yanacağa qənaət edilir
Mütəxəssislər qonaq otağı, mətbəx və yataq otağı kimi tez istifadə olunan məkanlarda termostatik vanaların xüsusilə faydalı olduğunu bildirir.
3. Kombinin təzyiqi aşağı olduqda peteklər tam isinmir
Sistemin düzgün işləməsi üçün kombidə su təzyiqi müəyyən səviyyədə olmalıdır. İdeal göstərici adətən 1.2–1.5 bar aralığıdır. Təzyiq aşağı olduqda:
-
İsti su borularda lazım olan sürətlə dövr etmir
-
Peteklər gec isinir və ya ümumiyyətlə isinmir
Mütəxəssislər təzyiq göstəricisini mütəmadi olaraq yoxlamağı və aşağı olduqda su əlavə etməyi məsləhət görür.
Kiçik tənzimləmələr böyük təsir göstərir
Kombinin dərəcəsini artırmadan evi daha yaxşı qızdırmağın yolu — kalorifer sisteminin səmərəli işləməsini təmin etməkdir. Hava alma, reqlaj, təzyiqə nəzarət və termostatik vanalardan istifadə kimi sadə addımlar:
-
Peteklərin istilik gücünü artırır
-
Otaqların daha tez isinməsinə şərait yaradır
-
Yanacaq sərfiyyatını azaldır
İstilik itkisi yüksək olan evlərdə bu sazlamaların effekti daha da nəzərə çarpır.