Bu barədə Avstriyanın "Der Standard" qəzeti məlumat yayıb.
Ölkə bu səbəbdən müsabiqədən imtina edən Avropa Yayım İttifaqının beşinci üzvü olacaq. Əvvəllər Niderland, İspaniya, Sloveniya və İrlandiya oxşar planları açıqlayıblar.
Müsabiqənin 70-ci yubileyi 2026-cı ildə Vyanada keçiriləcək. İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə bir neçə ölkə müsabiqəni boykot edir.
Xatırladaq ki, 1967 və 2015-ci ildən sonra Vyana şəhəri bu beynəlxalq musiqi tədbirinə üçüncü dəfə ev sahibliyi edəcək.