Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Boz Qurd İstanbulda: Növbəti simpozium Azərbaycand...
Boz Qurd İstanbulda: Növbəti simpozium Azərbaycanda gerçəkləşə bilər - FOTO
Mədəniyyət

Boz Qurd İstanbulda: Növbəti simpozium Azərbaycanda gerçəkləşə bilər - FOTO

Xpress.az Redaksiyası 13.12.2025 10:53

Bu ilin dekabrın 10-u və 11-də İstanbulda keçirilən I Beynəlxalq Türk Dünyası “Boz Qurd” simpoziumu başa çatıb. Türk dünyasının və mediasının diqqət mərkəzində olan bu əhəmiyyətli elmi toplantıda 50-dən çox alim, araşdırmaçı və sənət bilicilərinin məruzələri dinlənilib, Boz Qurd simvolunun tarixi, mədəni, mifoloji, arxeoloji və ictimai əhəmiyyətinin aktuallığı diqqət mərkəzinə gətirilib.

Simpozium Türk Ocaqları Genel Mərkəzinin və son üç ildə Türk dünyası ilə bağlı bir çox layihələrə dəstək verən “İlteriș” Vəqfi tərəfindən təşkil edilib. Bu beynəlxalq elmi-ideoloji toplantıda Azərbaycandan tanınmış türkoloq alim, professor Firudun Ağasıoğlu, Azərbaycan Türk Ocağı sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, Azərbaycan Pedaqoji Universitetinin müəllimi, gənc doktorant Nərmin Sadəddinli iştirak edib.

Simpoziumun təşkilini və elmi əhəmiyyətini “Sherg.az”a şərh edən Akif Aşırlı bildirib ki, Türk dünyasının birliyi və vəhdəti yolunda son illər bir çox işlər görülüb, toplantılar, simpoziumlar və konfranslar keçirilib. İstanbulun Maltepe Küçükyalı bölgəsində keçirilən “Boz Qurd” simpoziumu təşkilati, elmi-akademik əhəmiyyəti baxımından və alimlərin iştirak coğrafiyasına görə digər toplantılardan fərqlənib.

A. Aşırlı qeyd edib ki, 1912-ci ildən bu günədək emblemində və ideoloji yönündə Boz Qurdu qoruyan Türk Ocaqları tarixdən bu günədək türklərin bu müqəddəs dəyərini siyasiləşdirmədən yaşatmağa nail olub. Türk Ocaqları Genel Mərkəzinin başqan yardımçısı professor Ayşə Filizin bu yaxınlarda çapdan çıxan “Kurtname” kitabının da bu elmi konfrans və simpoziumlara vəsilə olduğunu vurğulayan A. Aşırlı əlavə edib ki, qarşıda Türk Ocaqlarının görəcəyi işlər çoxdur.

A. Aşırlı bildirib ki, tədbirdə qərara alınıb: “Boz Qurd” simpoziumu hər il bir Türk dövlətində keçirilsin. Növbəti simpoziuma Azərbaycanın ev sahibliyi etmək haqqı və imkanları olduğunu qeyd edən A. Aşırlı deyib: “Türklərin yaranışı, mübarizəsi və var olma ənənəsinin simvolu olan Boz Qurd bütün türkləri bir araya gətirən milli-tarixi dəyərdir. Bütün türklərin şifahi tarixində, ədəbiyyatında, poeziyasında Boz Qurd simvolu mövcuddur”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək