Mədəniyyət
Cəbrayılın Şükürbəyli kəndində klub-icma mərkəzi tikiləcək
Xpress.az Redaksiyası
15.12.2025 12:03
Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində klub-icma mərkəzi tikiləcək.
Xpress.az-ın əldə etdiyi məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı işlərə start verib.
Mərkəzin tikintisini həyata keçirəcək şirkətə Fond tərəfindən 2 milyon 108 min 811 AZN ayrılması planlaşdırılır.