Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil BDU və Çinin Anhui Universiteti arasında ikili dip...
BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
Təhsil

BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

Xpress.az Redaksiyası 15.12.2025 20:01

Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universiteti arasında "Optoelektronika", "Yarımkeçirici cihazlar və texnologiyalar" və "Mikroelektronika və nanoelektronika" ixtisasları üzrə ikili magistr dərəcələrinin verilməsi haqqında müqavilə imzalanıb. Baki-xeber.com xəbər verir ki, sənəd iki universitet arasında akademik əməkdaşlığı gücləndirmək və tələbələr üçün beynəlxalq səviyyədə təhsil imkanlarını genişləndirmək məqsədini daşıyır. İkili diplom proqramları çərçivəsində magistratura pilləsinin müvafiq ixtisaslaşmasının tələbələri həm BDU-da, həm də Anhui Universitetində təhsil alaraq iki ölkənin qabaqcıl təhsil və tədqiqat imkanlarından yararlana biləcəklər. Proqramlar tələbələrə optoelektronika, yarımkeçirici cihazlar və texnologiyalar, mikroelektronika və nanoelektronika sahələrində müasir bilik və praktik bacarıqlar qazandıracaq. Müqavilənin imzalanması mərasimində tərəflər proqramın əhəmiyyətini vurğulayıb, birgə təhsil və tədqiqat imkanlarının gücləndirilməsinin strateji əhəmiyyətini qeyd ediblər. BDU-nun rektoru Elçin Babayev bu təşəbbüsün BDU-nun tələbələri üçün beynəlxalq təcrübə və tədqiqat imkanlarını genişləndirəcəyini bildirib. Anhui Universitetinin Universitet Şurasının sədri Yu Baotao isə proqramın Çin və Azərbaycan universitetləri arasında müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirəcəyini qeyd edib. Bu ikili magistr proqramlarının həyata keçirilməsi iki universitet arasında elmi və akademik əlaqələrin möhkəmlənməsinə, tələbələr üçün qabaqcıl təhsil və tədqiqat imkanlarının yaradılmasına və müasir çağırışlara cavab verə biləcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək