Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Emin Əmrullayev:
Emin Əmrullayev:
Təhsil

Emin Əmrullayev: Klassik fənn sistemi köhnəlib, təhsilə süni intellekt gələ bilər

Xpress.az Redaksiyası 16.12.2025 14:57

Nazir “Real TV”yə müsahibəsində vurğulayıb ki, Azərbaycanda təhsilin məzmunu birbaşa müəllimlərin maaş mexanizmi ilə bağlıdır və bu amil islahatları çətinləşdirir. O qeyd edib ki, hər hansı fənn üzrə dərs saatının azaldılması həmin müəllimin maaşına təsir göstərir və buna görə də məzmun dəyişiklikləri həssas məsələ olaraq qalır.

E.Əmrullayevin sözlərinə görə, müəllimlərin maaşları artsa da, təhsilin məzmunu illərdir dəyişmir və ölkədə artıq dörd nəsil eyni sistem üzrə təhsil alıb. Nazir xatırladıb ki, 90-cı illərdə informatika fənni tədrisə daxil edilib və eyni yanaşma ilə bu gün süni intellekt də təhsilə gətirilə bilər. Bunun üçün isə müəllimlərin fənlərarası əməkdaşlığa hazır olması vacibdir.

Nazir qeyd edib ki, müəllimin əsas məqsədi yalnız dərs saatını başa vurmaq olmamalıdır. Əgər müəllim digər fənlər üzrə şagirdin qazandığı biliklərlə maraqlanmırsa, bu, şagirdin hərtərəfli inkişafına mane olur.

O vurğulayıb ki, təhsilin mərkəzində müəllim deyil, şagird dayanır: müəllimə maaşın verilməsinin əsas məqsədi şagirdin daha yaxşı öyrənməsidir.

Emin Əmrullayev əlavə edib ki, son 10 ildə müəllimlərin keyfiyyətində ciddi irəliləyiş var, müəllimlər arasında rəqabət artıb və gənc müəllimlərin sertifikatlaşdırma prosesi yüksək nəticələr göstərir. Nazir bilikli müəllimlərin metodiki təkmilləşdirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək