Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direkto...
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kimdir? -
Təhsil

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kimdir? - DOSYE

Xpress.az Redaksiyası 18.12.2025 12:51

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyinatı olub.

Bu vəzifəyə təyin olunan İlqar Bayramlı 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb.

Bu dövrdə iqtisadi qərarların modelləşdirilməsi, statistik təhlil və riyazi əsaslandırma sahəsində dərin biliklər əldə edib.

Əmək fəaliyyətinə 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb. Müxtəlif illərdə "Neftçi" Peşəkar Futbol Klubu MMC-də Maliyyə şöbəsinin rəisi, "Alyans Tekstil" MMC-də direktor, "Capital Motors" MMC-də maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrində fəaliyyət göstərib. Bu dövrdə iri təşkilatlarda maliyyə intizamının qurulması, strateji planlaşdırma, xərclərin optimallaşdırılması, investisiya qərarlarının əsaslandırılması və institusional dayanıqlığın təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edib. 

Sonrakı mərhələdə 2020-2022-ci illərdə "Təmiz qaz" QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri, "AzGranata" MMC-də Maliyyə departamentinin rəhbəri, eyni zamanda İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. Bu vəzifələrdə həm maliyyə, həm də icraedici idarəetmə funksiyalarını paralel şəkildə həyata keçirib, strateji qərarların qəbulu və iri kollektivlərin idarə olunması sahəsində təcrübəsini daha da genişləndirib. 

2022-2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri vəzifələrində çalışıb. Bu dövrdə dövlət təhsil siyasətinin iqtisadi əsaslarının formalaşdırılmasında, təhsil sistemində maliyyə mexanizmlərinin təkmilləşdirilməsində, resursların səmərəli bölgüsündə və strateji sənədlərin hazırlanmasında birbaşa iştirak edib. 

2025-ci ilin sentyabr-dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bu vəzifədə təhsilin inkişafı üçün innovativ və alternativ maliyyə alətlərinin tətbiqi, layihə əsaslı yanaşmaların təşviqi və dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi istiqamətində təşəbbüslərə rəhbərlik edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək