Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Təhsil sahəsində YENİLİK –
Təhsil sahəsində YENİLİK –
Təhsil

Təhsil sahəsində YENİLİK – Süni intellekt necə tətbiq olunacaq?

Xpress.az Redaksiyası 24.12.2025 10:59

Artıq Azərbaycan da dünyada sürətlə yayılan süni intellekt dalğasına  qoşulur. Belə ki, ölkədə süni intellekt, robot texnologiyası müxtəif sahələrdə istifadə edilməyə başlayıb və bununla əlaqədar planlar da artır.

Məsələn, Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə yerli mətbuata verdiyi müsahibədə qeyd etdi ki, artıq fənlərin dövrü çoxdan bitib.  Müasir təhsil bunu tələb edir, təhsilə süni intellekt gətirilə bilər.

Nazirin bu açıqlaması bəzi müzakirələrə səbəb oldu. Xüsusilə müəllimlərə maraqlıdır ki, fənlərin dövrünün bitməsi nə deməkdir?

Əgər təhsilə süni intellekt gətirilərsə, bu, müəllimlərə necə aşılanacaq? İllərin təhsil ənənələrini dəyişmək mümkün olacaq?

Bizim.Media mövzuyla bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib. Ekspert deyir ki, müasir təhsili süni intellektsiz təsəvvür etmək mümkün deyil.

“Hazırda XXI əsrin əsas siması hesab edilən süni intellektin təhsil sahəsinə tətbiqi dünyanın bir çox ölkələrində uğurla baş tutub. Süni intellekt müəllim, şagird və tələbələrə bir çox məsələlər istiqamətində çox ciddi yardımçı olmağı bacarıb.

Doğrudur, süni intellekt alətlərindən istifadə bəzən neqativ hallara yol açsa da, çağdaş təhsili bu alətlərsiz təsəvvür etmək mümkün deyil. Təəssüf ki, yerli təhsil mühitində müəllim, şagird və tələbələrdə süni intellekt alətlərindən istifadə o qədər də yüksək səviyyədə deyil.

Bir çoxları süni intellekt alətlərindən yalnız “google” axtarış sistemi səviyyəsində yararlanır və onun yeni məzmun yaratma, yeni ideya bankı hədiyyə etmə bacarığından istifadə etmirlər. Süni intellektdən yanlış istifadə, həqiqətən də, təhsilin gələcək inkişafına ciddi mane olur”.

“Süni intellekt müəllimlərə çox kömək edir”

“Süni intellekt təhsil prosesində istifadəçilərdə dərslərin planlaşdırılması, mövzuların tədrisi ilə bağlı proqramların hazırlanması bacarıqlarını  vərdiş halına çevrilməsi, müəllimlərə şagirdlərin qiymətləndirilməsi  kimi işlərdə çox yardımçı olur. Onun köməkliyi ilə  məktəb mühitində şagird diferensasiyası və administrativ tapşırıqları optimallaşdırmaq vərdişlərini gücləndirmək mümkündür.
 

Süni intellekt həmçinin şagirdlərdə dərslərə maraqlı məzmun və innovativ aspektdən hazırlaşmaq imkanlarının yaradılması, valideynlərdə şagirdlərin dərslərə hazırlaşmalarına yardımçı olmaq və onları nəzarətdə saxlamalarına dəstək göstərmək kimi işlərdə də yardımçı olur”,- deyə Elmin Nuri qeyd edib.


Bəs süni intellektin tətbiqi müəllimlər nə qazandıracaq?

Müsahibimiz deyir ki, bu proses müəllimlərə vaxta qənaət baxımından yardımçı olacaq:

“Süni intellekt tədris prosesində mütləq şəkildə tətbiq olunmalıdır. Onun düzgün tətbiqi müəllimlərin iş prosesi zamanı dərslərin hazırlanmasına sərf olunan vaxt 30–40% azalacaq. Üstəlik, müəllimlər şagirdlər üçün daha fərdiləşmiş və yaradıcı dərslər yarada biləcəklər. Ümumiyyətlə, biz gələcəyin təsirini qətiyyən süni intellekt olmadan təsəvvür edə bilmərik”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək