Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət AzTV-də “100 il” adlı qısametrajlı sənədli film ya...
AzTV-də “100 il” adlı qısametrajlı sənədli film yayımlanıb -
Mədəniyyət

AzTV-də “100 il” adlı qısametrajlı sənədli film yayımlanıb - VİDEO

Xpress.az Redaksiyası 29.12.2025 13:15

Ekran işi Azərbaycanda radio və televiziya yayımının tarixi inkişaf yoluna həsr olunub. Filmdə milli medianın formalaşması, müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək bu günədək gəlib çatması, həmçinin radio və televiziyanın informasiya, maarifçilik və mədəni irsin qorunmasındakı rolu əks etdirilib. 

Layihə 2026-cı ildə qeyd olunacaq iki əlamətdar tarix – Azərbaycan radiosunun 100, televiziya yayımının isə 70 illiyi münasibətilə hazırlanıb.

Qeyd edək ki, film “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təşəbbüsü ilə ərsəyə gəlib və yubiley ilinə hazırlıq çərçivəsində təqdim olunan ilk sənədli filmdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək