Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Məşhur türk aktrisa yanlış əməliyyat edilib:
 Məşhur türk aktrisa yanlış əməliyyat edilib:
Mədəniyyət

Məşhur türk aktrisa yanlış əməliyyat edilib: "Səhvən bağırsağımı kəsdilər"

Xpress.az Redaksiyası 02.01.2026 21:15

Türkiyəli məşhur aktrisa Aslı Bekiroğlu qatıldığı bir proqramda səhhətindəki problemlərlə bağlı açıqlamalar verib.

Məlumata görə, Aslı Bekiroğlu ginekoloji əməliyyat zamanı ciddi fəsadla üzləşib.

"Uşaqlığımdan miomanın çıxarılması üçün getmişdim. Lakin səhvən bağırsağımı kəsiblər, təxminən 7 santimetrə qədər.

Bağırsağımı kəsdikləri üçün yenidən əməliyyat olundum", - deyə aktrisa baş verənləri açıqlayıb.

 O, daha iki əməliyyat keçirəcəyini deyib:

 "Təxminən 6-7 ay gözlədik, ən son oktyabr ayında bir daha əməliyyat keçirdim. Daha iki əməliyyat olacaq - biri yanvar ayında, digər də mart-aprel aylarında, inşallah".

 "Bu, böyük bir həkim səhvi deyilmi?" sualına o, belə cavab verib:

 "Əlbəttə. Hamı soruşur ki, kilo almısan, hamiləsən? Çəki artırmışammı? Bəli, çünki çoxlu dərman qəbul edirəm" - deyə aktrisa əlavə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək