Səs verə bilmək üçün boğazından mədəsinə boru salındı- QARANLIQ TARİX
1913-cü ildə qadınların səsvermə hüququ uğrunda mübarizə aparan fəal Alise Thornton Britaniya Parlamentinin binasına daş atdığına görə həbs edilmişdi.
Alise Thornton qadınlara səsvermə hüququ verilməsini tələb etdiyi aksiyaya görə altı ay müddətinə azadlıqdan məhrum edilmişdi. Həbs olunduqdan dərhal sonra o, aclıq aksiyasına başlayıb.
Həbsxana rəhbərliyi isə buna zorakı üsullarla cavab verib. Thornton gündə üç dəfə məcburi şəkildə qidalandırılıb: o, dəri qayışlarla xüsusi stula bağlanıb, ağzı metal alətlərlə zorla açılıb və boğazından mədəsinə qədər rezin boru salınaraq maye qida verilib. Bu proses həftələrlə davam edib və Alise qan qusmağa başlayıb.
Zorla qidalandırılma anlarını əks etdirən fotoşəkil sonradan ictimaiyyətə sızdırılıb. Məlumata görə, şəkil vəzifəsindən üç gün sonra uzaqlaşdırılan və Aliseyə rəğbət bəsləyən qadın mühafizəçi tərəfindən gizlicə həbsxanadan çıxarılıb. Fotoda Thornton qidalandırma stuluna bağlanmış vəziyyətdə, boğazında boru ilə və dörd qadın mühafizəçi tərəfindən saxlanılarkən görünür.
Bu zorakılıq onun sağlamlığında qalıcı fəsadlar yaradıb. Yemək borusu ciddi şəkildə zədələnib və Thornton ömrünün sonuna qədər bərk qidaları udmaqda çətinlik çəkib.
Dörd ay sonra azadlığa buraxılan Alise Thorntonun çəkisi 83 kiloqramdan bir qədər artıq olub və o, sərbəst yeriyə bilməyib. Buna baxmayaraq, azadlığa çıxdıqdan cəmi altı həftə sonra yenidən hökumət binalarına daş ataraq etiraz aksiyalarına qoşulub və yenidən həbs edilib.
O, aclıq aksiyalarını davam etdirib və bir daha zorla qidalandırılıb. Bu hadisələr 1913–1918-ci illər arasında ümumilikdə beş dəfə təkrarlanıb. Hər həbs Thorntonun sağlamlığını daha da ağırlaşdırsa da, hər azadlığa buraxılışdan sonra o, mübarizəni davam etdirib.
Nəhayət, 1920-ci ildə qadınlar səsvermə hüququ əldə ediblər. Alise Thornton 35 yaşında ilk dəfə səs verib. Səsvermə məntəqəsinə o, əlil arabasında aparılıb — ayaqları heç vaxt tam sağalmayıb.
Alise Thornton 1954-cü ildə, 69 yaşında vəfat edib. Onun qəbir daşında bu sözlər həkk olunub:
“Qızlarının səs verə bilməsi üçün boru udan qadın".

Xpress.az