Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı Kişilərə qapalı kənd: Dünyada yalnız qadınların ya...
Kişilərə qapalı kənd: Dünyada yalnız qadınların yaşadığı
Maraqlı

Kişilərə qapalı kənd: Dünyada yalnız qadınların yaşadığı SİRLİ KƏND

Xpress.az Redaksiyası 08.01.2026 09:54

Afrikanın Keniya ərazisində yerləşən Umoja kəndi dünyada yalnız qadınların yaşadığı yeganə yaşayış məntəqəsi kimi tanınır. Kişilərin daimi yaşamasının qadağan olunduğu bu kənd 1990-cı ildə Samburu xalqından olan zorakılığa məruz qalmış qadınlar tərəfindən yaradılıb.

Xpress.az xəbər verir ki, kənd sakinlərinin bildirdiyinə görə, britaniyalı əsgərlər tərəfindən zorlanmadan sonra bir çox qadınlar ailələri tərəfindən evdən qovulub, bəzi hallarda isə “zorlanmış qadın ərini biabır edir” düşüncəsi ilə həyatlarına qəsd edilib. Umoja bu qadınlar üçün təhlükəsiz sığınacaq və yeni həyatın başlanğıcı olub.
Umojanın yaranmasına səbəb olan digər mühüm amil Samburu cəmiyyətində qadınların ağır asılı vəziyyətdə yaşamasıdır. Bu toplumda qadın sünnəti, məcburi nikahlar (yalnız ağsaqqalların evlənmək hüququnun olması), zorakılıq və döyülmə geniş yayılıb. Ərini itirən qadınlar isə ailə tərəfindən qovula bilir, çünki onlar cəmiyyət üçün “itki mənbəyi” hesab olunur.
Pul toplayan kənd sakinləri yaşadıqları torpağı rəsmi şəkildə satın alaraq müstəqil icma qurublar. Bu gün Umoja kəndində bütün uşaqlar məktəbə gedir, qadınlar isə oxumaq-yazmaq və digər əsas bacarıqları öyrənmək üçün təhsil almaq imkanı əldə ediblər.
Kəndin əsas gəlir mənbəyi rəngarəng muncuq bəzəklərinin hazırlanaraq Samburu qoruğuna gedən yol kənarında satılmasıdır. Bundan əlavə, qadınlar satış üçün yerli zəif spirtli pivə analoqu da hazırlayırlar. Bu fəaliyyətlər onlara yaşayışlarını təmin edəcək qədər gəlir qazandırır.
Görünüş baxımından Umoja Samburu xalqının ənənəvi kəndlərindən seçilmir: daxmalar torpaq və inək peyininin qarışığından tikilir, evlərin ətrafı isə tikanlı kollardan hazırlanmış hasarlarla qorunur.
Hazırda Umoja kəndində təxminən 300 nəfər yaşayır. Kişilərin kənddə daimi yaşamasına icazə verilməsə də, kişi turistlər üçün qadağa yoxdur. Kəndə giriş haqqı 20 ABŞ dollarıdır.
Umoja bu gün qadınların zorakılığa qarşı birliyinin, müstəqilliyinin və ləyaqətli həyat uğrunda mübarizəsinin simvolu hesab olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək