Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı Dünyanın ən çox “öpülən” qadını:
Dünyanın ən çox “öpülən” qadını:
Maraqlı

Dünyanın ən çox “öpülən” qadını: Parisli Senanın sirli hekayəsi

Xpress.az Redaksiyası 08.01.2026 14:17

1930-cu illərdə Parisdə Sena çayının sahilində kimliyi məlum olmayan gənc bir qızın cəsədi tapılıb. Aparılan araşdırmalar nəticəsində onun 16–17 yaşlarında olduğu və intihar etdiyi müəyyən edilib. Qızın şəxsiyyəti isə heç vaxt məlum olmayıb.
Morqda çalışan həkim bu sirli gənc qızın üz ifadəsindən dərin şəkildə təsirlənərək arı mumundan onun üz qəlibini hazırlayıb. Sonradan “Sena” adı verilən qız Parisdə kimsəsizlər qəbiristanlığında dəfn edilib.
Həkimin evində saxladığı üz qəlibi qonaqların diqqətini çəkib. Qızın üzündəki qəribə sakitlik, rahatlıq və itirilmiş xoşbəxtliyi xatırladan ifadə Parisdə qısa zamanda məşhurlaşıb və dildən-dilə yayılıb.
Bu hekayədən ilhamlanan norveçli oyuncaq istehsalçısı Asmund Laerdal 1940-cı ildə Senanın üzünü kopyalayaraq onu oyuncaq istehsalında istifadə edib. “Annie” adlandırılan bu kukla qısa müddətdə Avropada ilin ən çox satılan oyuncaqlarından birinə çevrilib.
1958-ci ildə amerikalı həkim Peter Safar ağızdan-ağıza süni tənəffüs üsulunu təqdim etdikdən sonra bu texnikanı öyrətmək məqsədilə insan ölçüsündə 500 ədəd maneken sifariş edib. Lakin ABŞ hökuməti bu təşəbbüsü lazımsız hesab edərək sifarişi qəbul etməyib. Nəticədə Laerdal həmin manekenləri Norveçə göndərib.
Sonrakı illərdə süni tənəffüs və ürək-ağciyər reanimasiyası (CPR) təlimlərində bütün dünyada eyni üzə sahib manekenlərdən istifadə olunmağa başlanılıb. Bu manekenlərin hamısı Parisli Senanın üz cizgilərini daşıyır.
Beləliklə, bir zamanlar Sena çayında həyatına son verdiyi düşünülən naməlum gənc qızın üzündəki təbəssüm bu günə qədər milyonlarla insanın həyatını xilas edən “öpücüyə” çevrilib. Parisli Senanın sirli vida anı, tibbin və insanlığın simvoluna çevrilərək tarixdə öz yerini tutub.

Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək