Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil 3 600 məktəb və yeni nəsil:
3 600 məktəb və yeni nəsil:
Təhsil

3 600 məktəb və yeni nəsil: -Təhsil sistemində görünməyən dəyişiklik

Xpress.az Redaksiyası 09.01.2026 10:00

Son 20 il ərzində Azərbaycanda təxminən 3 600 məktəbin tikilməsi və ya əsaslı şəkildə təmir olunması təhsil infrastrukturunun kəmiyyət baxımından inkişafını göstərir. Bu genişmiqyaslı infrastruktur yenilənməsinin ali məktəblərə qəbul olunan abituriyentlərin hazırlıq səviyyəsinə, xüsusilə regionlardan gələn tələbələrin bilik və bacarıqlarına təsiri ilə bağlı Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva Xpress.az saytına açıqlama verib.

Kamilə Əliyeva açıqlamasında bildirib ki, Prezident cənab İlham Əliyev seçildiyi ilk gündən etibarən təhsilin səviyyəsinin yüksəldilməsini dövlətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Onun sözlərinə görə, Bakıda və rayon mərkəzlərində yerləşən məktəblərlə yanaşı, kənd məktəblərinin də yenidən tikilməsi və ya əsaslı şəkildə təmir olunması daim diqqət mərkəzində saxlanılıb. Son 20 ildə ölkədə 3 600-dən çox məktəbin yenidən inşa edilməsi və əsaslı təmir olunması, eləcə də bütün məktəblərin müasir avadanlıq və kompüterlərlə təmin edilməsi təhsilimizin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Professor qeyd edib ki, Prezident cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə cəmiyyət tərəfindən diqqətlə izlənilib və həmin müsahibədə dövlətimizin təhsilə xüsusi diqqət ayırması bir daha vurğulanıb. Onun fikrincə, dövlət başçısının Elm və Təhsil Nazirliyi qarşısında qoyduğu vəzifələr layiqincə icra olunur, təhsil sistemində aparılan islahatlar beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

Kamilə Əliyeva vurğulayıb ki, Azərbaycan təhsilinin əldə etdiyi uğurların nəticəsidir ki, bu gün yüzlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır və gələcəkdə Vətənə qayıdaraq dövlətimizin inkişafına öz töhfələrini verirlər. O bildirib ki, orta məktəblərdə həyata keçirilən bu genişmiqyaslı infrastruktur yenilənməsi ali məktəblərə qəbul olunan abituriyentlərin hazırlıq səviyyəsinə, onların bilik və bacarıqlarına birbaşa təsir göstərir. Müasir avadanlıq və kompüterlərlə təminat şagirdlərin texnologiyadan istifadə bacarıqlarını artırır, dünyagörüşünü genişləndirir və bu amil onların ali məktəblərə qəbul olunmasında, eləcə də qəbuldan sonra ali təhsil müəssisələrində daha uğurla təhsil almalarında mühüm rol oynayır.

Afaq Qurbanzadə,Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək