Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat İranda valyuta şoku:
İranda valyuta şoku:
İqtisadiyyat

İranda valyuta şoku: İqtisadi böhran necə siyasi narazılığa çevrilir?

Xpress.az Redaksiyası 12.01.2026 13:53

"İranda son günlərdə baş verən hadisələrin başlanğıc nöqtəsi valyuta şokudur. Rialın sürətlə dəyər itirməsi qiymətlərin dərhal yüksəlməsinə, alıcılıq qabiliyyətinin kəskin azalmasına və bazarda psixoloji panikanın formalaşmasına səbəb olur. Bu panika isə iqtisadi narazılığı tədricən siyasi narazılığa çevirir. İnflyasiya artıq statistik göstərici olmaqdan çıxaraq gündəlik yaşayışın əsas ölçüsünə çevrilib".

Bu sözləri Xpress.az-a açıqlamasında iqtisadçı -ekspert Eldəniz Əmirov bildirib:
"Əsas ərzaq məhsulları, çörək və gündəlik xərclər insanların hiss etdiyi real inflyasiyanı rəsmi göstəricilərdən daha yüksək səviyyəyə qaldırır. Qara bazarda dolların məzənnəsi hökumətin manipulyasiya edə bilmədiyi “canlı indikator” rolunu oynayır. Rəsmi inflyasiya ilə real hiss edilən inflyasiya arasındakı fərq böhranı daha da dərinləşdirir. Valyuta bazarına müdaxilələr psixoloji gərginliyi azaltmaq və inflyasiyanı yavaşıtmaq məqsədi daşısa da, sərt sanksiyalar şəraitində bu balansı uzunmüddətli qorumaq mümkün olmur.
Hakimiyyətin iqtisadi manevr imkanları hər keçən gün daralır. Sanksiya təzyiqi, 12 günlük müharibədən sonrakı zədələnmə, büdcə sıxıntıları, subsidiyalarda sızma və korrupsiya kanalları eyni vaxtda təsir göstərir. Üstəlik, enerji və su çatışmazlığı sənaye istehsalının dayanmasına səbəb olur. Bu da inflyasiyanı təkcə tələbdən deyil, eyni zamanda təklif tərəfdən də böyüdür. Belə bir şəraitdə iqtisadi tədbirlər qaçılmazdır, lakin hər bir addım yeni risklər yaradır.
Hökumət etirazları zəiflətmək üçün iqtisadi addımlar atmağa məcbur qalır. Ancaq bu addımların özü də yeni qiymət dalğası doğura bilər. Subsidiyaların mexanizmi dəyişdirildikdə sistemin bir hissəsində korrupsiya azalırsa, digər hissəsində qısamüddətli bahalaşma riski artır. Maaş artımı, ƏDV endirimi, əsas mallar üçün subsidiyalı valyuta, çörək və təqaüd xərcləri kimi büdcə paketləri sosial amortizator rolunu oynasa da, fiskal riskləri də böyüdür.
İnternetin və telefon xətlərinin kəsilməsi isə ikiqat iqtisadi zərbə yaradır. Bir tərəfdən etirazların koordinasiyasını zəiflətmək üçün siyasi alət kimi istifadə olunur, digər tərəfdən isə iqtisadi dövriyyəni faktiki olaraq dondurur. Xidmət sektoru, logistika, maliyyə tranzaksiyaları və məlumat axını pozulduqda bazarın normal işləmə qabiliyyəti sıradan çıxır. Uçuşların ləğvi daxili ticarət dövriyyəsinin zəiflədiyini, beynəlxalq səviyyədə isə sığorta və daşınma risklərinin artdığını göstərir. Paralel olaraq ölənlərin və həbslərin sayının artması risk səviyyəsini daha da yüksəldir. Ölüm və həbslər siyasi gözləntilərlə yanaşı, iqtisadi gözləntiləri də sərtləşdirən faktora çevrilir.
Makro səviyyədə ən mühüm siqnallardan biri proqnozların dəyişməsidir. Artım gözləntilərinin daralma ilə əvəz olunması göstərir ki, şok artıq təkcə küçədə və bazarda deyil, makroiqtisadi göstəricilərin özündə də möhkəmlənib. İnvestorlar üçün bu, riskin müvəqqəti olmadığını göstərən açıq mesajdır. Belə bir mühitdə əsas problem sabaha dair qeyri-müəyyənliyin dərinləşməsidir.
Hadisələrin neft qiymətlərinə təsirinə gəlincə, bazar həm aşağı, həm də yuxarı istiqamətdə hərəkət edə bilər. İranın hasilat və ixrac potensialı Venesueladan böyük olduğu üçün siyasi yumşalma halında sanksiyaların zəifləməsi və investisiya axını nəticəsində təklif artımı mümkündür. Lakin xaos dərinləşərsə, regionda sabitliyin və nəqliyyat təhlükəsizliyinin pozulması neft qiymətlərində sıçrayış yarada bilər. Bu səbəbdən mövcud vəziyyət eyni anda həm təklif artımı ümidini, həm də təklif azalması qorxusunu formalaşdırır.
Diqqət çəkən əsas məqamlardan biri də Hörmüz boğazıdır. Buradan gündə təxminən 20 milyon barel neft daşınır ki, bu da qlobal istehlakın beşdə birinə bərabərdir. LNG ticarətinin də əhəmiyyətli hissəsi bu marşrutdan keçir. Alternativ yolların məhdudluğu risk artan kimi daşınma və sığorta xərclərinin dərhal yüksəlməsinə səbəb olur və bu xərclər birbaşa qiymətlərə risk primi kimi əlavə edilir. Bu baxımdan ən həssas bazarlar Asiya ölkələridir, çünki əsas enerji axını məhz həmin istiqamətə yönəlib.
Bahalaşma üçün Hörmüz boğazının bağlanması şərt deyil. Müasir dünyada proqnozlar və ehtimallar çox vaxt real tələb-təklif balansından daha güclü təsir göstərir. Bazarlar tez-tez bağlanma ehtimalının özünü belə qiymətlərə daxil edir. Gərginlik uzandıqca qlobal iqtisadi təsir təkcə enerji qiymətləri ilə məhdudlaşmır, logistika və tədarük zənciri xərcləri üzərindən ümumi inflyasiyaya çevrilir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək