Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat ABŞ Bank VTB-yə terroru maliyyələşdirmə iddiası il...
ABŞ Bank VTB-yə terroru maliyyələşdirmə iddiası ilə sanksiya tətbiq etdi
İqtisadiyyat

ABŞ Bank VTB-yə terroru maliyyələşdirmə iddiası ilə sanksiya tətbiq etdi

Xpress.az Redaksiyası 15.09.2026 14:33

ABŞ Rusiyanın ən iri maliyyə qurumlarından biri olan VTB bankına İrana qarşı tətbiq olunan sanksiyalardan yayınmağa yardım etdiyi və terrorizmin maliyyələşdirilməsinə şərait yaratdığı iddiası ilə yeni məhdudiyyətlər tətbiq edib.

Xpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilib.

Amerika tərəfinin məlumatına görə, VTB İranda filiallar açıb və ABŞ sanksiyalarına məruz qalan maliyyə qurumları ilə əlaqələr yaradıb. Vaşinqton həmçinin bankın İranın milyardlarla dollar dəyərində aktivlərinin köçürülməsində iştirak etdiyini iddia edir.

ABŞ Dövlət Departamentinin qiymətləndirməsinə görə, bu əməliyyatlar İranın beynəlxalq maliyyə sisteminə çıxış əldə etməsinə və mövcud sanksiyalardan yan keçməsinə imkan verib.

Dövlət Departamenti bildirib ki, ABŞ İran hakimiyyətini xarici maliyyə mənbələri ilə əlaqələndirən maliyyə kanallarının qarşısını almağa davam edəcək.

Vaşinqton eyni zamanda maliyyə qurumlarını və şirkətləri İrana sanksiyalardan yayınmaqda yardım göstərməyin mümkün nəticələri barədə xəbərdar edib.

“İrana sanksiyalardan yayınmaqda kömək etmək cəhdi ciddi nəticələrə səbəb olacaq”, — deyə ABŞ Dövlət Departamentinin açıqlamasında vurğulanıb.

VTB-yə qarşı yeni məhdudiyyətlər ABŞ-ın Rusiyanın maliyyə sektoruna və Vaşinqtonun fikrincə, Tehranın beynəlxalq sanksiyalardan yayınmasına yardım edən qurumlara qarşı tətbiq etdiyi sanksiyaların genişləndirilməsi deməkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək