Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Bu lisey rus bölməsinə qəbulu dayandırır
 Bu lisey rus bölməsinə qəbulu dayandırır
Təhsil

Bu lisey rus bölməsinə qəbulu dayandırır

Xpress.az Redaksiyası 13.01.2026 09:22

Yeni tədris ilindən etibarən Hədəf Liseyi rusdilli bölməyə birinci sinif şagirdlərini qəbul etməyəcək.

Bunu liseyin təsisçisi və direktoru, dosent Şamil Sadiq bildirib. Onun sözlərinə görə, bu qərarın iki əsas səbəbi var. Birincisi rus bölməsi üzrə təhsilə marağın azalması, ikincisi isə liseyin ikidilli Azərbaycan-İngilis təhsil modelinə keçididir.

"Bundan sonra rus dili ikinci xarici dil kimi təklif olunacaq və rus dilini öyrənmək istəyənlər üçün bütün imkanlar qorunub saxlanılacaq. Biz təhsil prioritetlərimizi yenidən nəzərdən keçiririk. Yeni modelimiz Azərbaycan və İngilis dillərinə əsaslanır",- deyə Şamil Sadıq bildirib.

O, həmçinin qeyd edib ki, artıq rus bölməsində təhsil alan tələbələr narahat olmamalıdırlar, çünki onlar təhsillərini əvvəlki kimi davam etdirəcəklər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək