İtlər insanların səslərini dinləyərək yeni sözlər öyrənə bilərmi?
İtlər göründüyü qədər sadə heyvanlar deyil. Macar alimlərinin yeni tədqiqatına görə, itlər insanların səslərini dinləməklə yeni sözləri və əşyaların adlarını öyrənə bilirlər.
Tədqiqatçılar 10 it və onların sahibləri ilə bir təcrübə aparıblar. Təcrübə zamanı sahiblər itlərə yeni oyuncaqların xüsusiyyətlərini göstərmədən müzakirə ediblər, itlər isə bu söhbətləri dinləyiblər. Daha sonra oyuncaqların yerini tapmaq tapşırığı verilib. Nəticədə, yeddi it tapşırığı uğurla yerinə yetirərək, oyuncaqların adlarını qulaqları ilə əzbərləyə bilib.
Tədqiqatçıların fikrincə, bu təcrübə göstərir ki, itlər xüsusi məşq edilmədən belə yeni sözləri öyrənə bilirlər. Bu, rəsmi olaraq təsdiqlənmiş ilk nümunədir və itlərin kognitiv bacarıqlarına dair yeni anlayışlar yaradır.
Xpress.az