Müğənni Nuray Kardaşovdan romantik sürpriz: “Sevdalım” YouTube-da yayımlandı - VİDEO
Müğənni Nuray Kardaşov izləyicilərinə yeni romantik mahnısını təqdim edib.
“Sevdalım” adlanan yeni bəstə YouTube platformasında yayımlanaraq qısa zamanda dinləyicilərin diqqətini cəlb edib.
2026-cı ildə təqdim olunan mahnı haqqında danışan sənətçi bildirib ki, “Sevdalım” onun həyat yoldaşına həsr olunub. Eyni zamanda, Nuray Kardaşov qeyd edib ki, bu mahnını bir-birini həqiqətən sevən, birlikdə ailə qurmaq istəyən bütün cütlüklərə ithaf edir.
Romantik ab-havası və səmimi sözləri ilə seçilən “Sevdalım” sevgi və sədaqət mövzusunu ön plana çıxarır. Mahnı artıq YouTube-da dinləyicilərin ixtiyarındadır və müğənninin yaradıcılığında yeni bir mərhələ kimi qiymətləndirilir.