Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ərdoğan Atlasın qatillərinin cəzalandırılmasını
Ərdoğan Atlasın qatillərinin cəzalandırılmasını
Dünya

Ərdoğan Atlasın qatillərinin cəzalandırılmasını İSTƏDİ

Xpress.az Redaksiyası 19.01.2026 22:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 17 yaşında küçədə qətlə yetirilən Atlas Çağlayanın qatillərinin cəzalandırılmasını istəyib.

Ərdoğan çıxışı zamanı deyib:

"Gənc Atlas Çağlayanımızın başına gələn hadisələr, Mattia Ahmet Minguzzinin hadisələri kimi, bizi dərin kədərə qərq etdi.

Bu qəbuledilməz hadisələri araşdırmaq təhlükəsizlik qüvvələrimizin, məhkəmə sistemimizin, bütün qurumlarımızın və özümüzün vəzifə və məsuliyyətidir. Gənc Atlasımızı qətlə yetirən cinayətkarların məhkəmədə lazımi cəzanı almasını tələb edirik. Bu məsələdə vəzifəmizi sona qədər yerinə yetirməkdə qətiyyətli və sadiqik".

Qeyd edək ki, Atlas Çağlayan küçədə bir qrup şəxs tərəfindən "bizə niyə tərs baxırsan" deyilərək qətlə yetirilib. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək