Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Moskvada restoranlar kütləvi şəkildə
Moskvada restoranlar kütləvi şəkildə
Dünya

Moskvada restoranlar kütləvi şəkildə BAĞLANIR - SƏBƏB

Xpress.az Redaksiyası 20.01.2026 09:21

Moskva pandemiya dövründən bəri ictimai iaşə obyektlərinin bağlanması baxımından ən genişmiqyaslı dalğa ilə üzləşib.

Cari ilin yanvar ayının tam başa çatmamasına baxmayaraq, paytaxtda “Dorogaya ya perezvonyu”, “Smoke BBQ”, “The Toy”, “Mimi”, “Beerside” və “Valenok” da daxil olmaqla 45 məşhur restoran və bar fəaliyyətini dayandırıb.

Ekspertlərin qiymətləndirməsinə görə, il ərzində Moskvada ən azı 465 ictimai iaşə müəssisəsi bağlana bilər.

Bu mənfi tendensiya iri şəbəkələrdən də yan keçməyib. Belə ki, 2025-ci ilin sonlarından etibarən onlar bazardakı mövqelərini zəiflədərək onlarla obyektini bağlayıblar.

Mütəxəssislər əsas səbəb kimi tələbatın kəskin azalmasını göstərirlər. Belə ki, restorana getmək bir çoxları üçün artıq əlçatmaz lüksə çevrilib. Bu il sahəyə əlavə təzyiq göstərən amillərdən biri də ƏDV-nin artmasıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək