Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ermənistana genişmiqyaslı əməliyyat barədə xəbərda...
Ermənistana genişmiqyaslı əməliyyat barədə xəbərdarlıq edildi
Dünya

Ermənistana genişmiqyaslı əməliyyat barədə xəbərdarlıq edildi

Xpress.az Redaksiyası 20.01.2026 13:19

“2026-cı il seçkiləri səbəbindən müxtəlif xarici aktyorlar tərəfindən Ermənistana qarşı həyata keçirilən təsir əməliyyatları, çox güman ki, daha əhatəli, mürəkkəb və genişmiqyaslı olacaq”.

Bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin “Ermənistanın 2026-cı ildəki xarici riskləri haqqında” illik hesabatında deyilir.

“Yalan, təhrif olunmuş və ya kontekstdən çıxarılmış məlumatlardan istifadə etməklə informasiya-təxribat fəaliyyətlərinin həyata keçirilməsi, zərərli kiberəməliyyatların aparılması, eləcə də “yerli siyasi fəallığın” yaradılması görüntüsü altında yerdəki agentura şəbəkəsinin fəallaşdırılması ehtimalı mövcuddur. Bu çərçivədə gənclər və aktivist qrupları hədəf alan, onların siyasi baxışları və vətənpərvərlik hislərini istismar edən və manipulyasiya edən proqramların təşkili də nəzərdə tutulur”, - hesabatda qeyd olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək