Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Yaponiyada helikopter
Yaponiyada helikopter
Dünya

Yaponiyada helikopter İTKİN DÜŞDÜ

Xpress.az Redaksiyası 20.01.2026 17:05

Yaponiyanın Kumamoto prefekturasında Aso vulkanı ətrafında uçuşu planlaşdırılan, göyərtəsində bir pilot və Tayvandan olan iki turistin olduğu helikopterin fövqəladə vəziyyət siqnalı göndərdikdən sonra yerli vaxtla saat 11:00-dan etibarən itkin düşdüyü bildirilib.

Turistik məqsədlə istifadə olunan helikopterin Kumamoto prefekturasında yerləşən Aso vulkanı ətrafında uçuş həyata keçirməsi nəzərdə tutulurdu. Uçuş zamanı göyərtəsində bir pilot və Tayvandan olan iki sərnişinin olduğu helikopterin fövqəladə vəziyyət siqnalı göndərdiyi qeyd olunub.

Rəsmi qurumlar yerli vaxtla saat 11:00-da helikopterlə əlaqənin kəsildiyini bildirərək, hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatlarına başlanıldığını açıqlayıblar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək