Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bitcoin və Ethereum
Bitcoin və Ethereum
Dünya

Bitcoin və Ethereum 5% ucuzlaşdı

Xpress.az Redaksiyası 20.01.2026 21:49

Bazar kapitallaşmasına görə ən böyük iki kriptovalyuta — Bitcoin və Ethereum (ETH) dəyər itirib.

Bu barədə "Binance" məlumat yayıb.

Məlumata görə, Bitcoin-in məzənnəsi son sutka ərzində 2,46% azalaraq 90 670 dollar, Ethereum-un məzənnəsi isə 5,62% ucuzlaşaraq 3 036 dollar səviyyəsinə düşüb.

CoinMarketCap-ın yanvarın 20-nə olan məlumatına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 3,05 trilyon dollar təşkil edir. Bu məbləğin 1,808 trilyon dolları (59,3%) Bitcoin-in, 365,84 milyard dolları (12%) isə Ethereum-un payına düşür.

Coinglass platformasının məlumatına görə, son 24 saat ərzində qlobal kriptovalyuta birjalarında 141 mindən çox treyderin mövqeləri likvidasiya olunub. Likvidasiyaların ümumi həcmi 582,25 milyon dollar təşkil edib.

Likvidasiyaların böyük hissəsi Bitcoin üzrə qeydə alınıb. Ümumi məbləğin 523,22 milyon dolları uzun mövqelərin, 59,08 milyon dolları isə qısa mövqelərin payına düşüb.

Son 24 saat ərzində ən iri tək likvidasiya sifarişi Hyperliquid birjasında ETH/USD cütlüyü üzrə 6,8 milyon dollar dəyərində olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək