Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Belarus Sülh Şurasına
Belarus Sülh Şurasına
Dünya

Belarus Sülh Şurasına QOŞULDU

Xpress.az Redaksiyası 20.01.2026 22:15

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının idarə olunması məqsədilə təklif etdiyi “Sülh Şurası”na Belarusun qoşulması ilə bağlı sənəd imzalayıb.

Bu barədə “Belta” məlumat yayıb.

Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ tərəfinə ünvanlanan rəsmi müraciətdə Belarusun sözügedən Şuranın təsisçiləri sırasında yer almaq təklifini qəbul etməyə hazır olduğu ifadə olunub.

“Mən ABŞ-yə müvafiq müraciət imzalayaraq, onların bu Şuranın təsisçiləri olmaq təklifini qəbul etməyə hazır olduğumuzu bildirdim”, – deyə Lukaşenko vurğulayıb.

Məlumata görə, müraciət Donald Trampın məktubunda göstərilən prosedura tam uyğun şəkildə göndərilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək