Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ərdoğan bıçaqlanaraq qətlə yetirilən Atlasın anası...
Ərdoğan bıçaqlanaraq qətlə yetirilən Atlasın anası ilə danışdı -
Dünya

Ərdoğan bıçaqlanaraq qətlə yetirilən Atlasın anası ilə danışdı - Video

Xpress.az Redaksiyası 20.01.2026 22:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bıçaqlanaraq qətlə yetirilən 17 yaşlı Atlas Çağlayanın ailəsi ilə telefonla danışıb.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Ərdoğan mərhumun anası Gülhan Çağlayanla söhbətində cinayətkarların ən ağır cəzanı alması üçün prosesi şəxsən izləyəcəyini vurğulayıb:

“Bu, bizi dərindən yaraladı, məkanı cənnət olsun. Gələn həftəsonu İstanbula gələndə sizi ziyarət etmək istəyirəm”.

Prezident həmçinin hüquq-mühafizə orqanlarına hadisənin bütün təfərrüatlarının araşdırılması ilə bağlı xüsusi tapşırıq verdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, A. Çağlayan yanvarın 14-də çıxan mübahisə nəticəsində 15 yaşlı E.Ç. tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə Türkiyə cəmiyyətində böyük rezonansa səbəb olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək