Dünya mediasının diqqətində Azərbaycan: Yahoo News ölkəmizdən YAZDI
Dünyaca məşhur Yahoo News portalı Azərbaycanın beynəlxalq siyasət, iqtisadi əməkdaşlıq və regiondakı geosiyasi mövqeyinə dair müsahibəni öz xəbər lentinə daxil edib.
Xpress.az xəbər verir ki, müsahibədə Azərbaycanın beynəlxalq arenada balanslı mövqeyi, iqtisadi əlaqələrinin genişləndirilməsi və regional təhlükəsizlik məsələlərinə verdiyi töhfələr xüsusi vurğulanıb.
Xəbərdə qeyd olunur ki, Azərbaycan həm Avropa, həm də Asiya tərəfdaşları ilə strateji əməkdaşlıqlarını ardıcıl şəkildə gücləndirir, enerji və ticarət sahələrində fəal rol oynayır. Analitiklərin fikrincə, ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasət regional sabitliyin qorunmasına və beynəlxalq iqtisadi inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir.