Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Qanlı partizan müharibəsi
Qanlı partizan müharibəsi
Dünya

Qanlı partizan müharibəsi QAPIDA - ABŞ strateji mövqeləri 2 günə ələ keçirə bilər

Xpress.az Redaksiyası 21.01.2026 09:18

Kanada ordusu ABŞ-ın mümkün hərbi müdaxiləsi halında partizan müharibəsi aparmağa hazırlaşır.

Bu barədə mənbələrə istinadls "Globe and Mail" qəzeti məlumat yayıb.

Kanadalı hərbçilər hesab edirlər ki, ABŞ ordusu hücuma cənubdan başlasa, quru və dənizdəki strateji mövqeləri bir həftə ərzində, hətta iki günə ələ keçirə bilər.

Kanada Silahlı Qüvvələrinin komandanlığı etiraf edir ki, ABŞ müdaxiləsinin qarşısını almaq üçün kifayət qədər canlı qüvvə və silah-sursata malik deyil. Bu səbəbdən hərbçilər Əfqanıstanda mücahidlərin istifadə etdiyi taktikalara bənzər üsyançı mübarizə üsullarına əl atmalı olacaqlar. Xüsusilə pilotsuz uçuş aparatlarından istifadə etməklə diversiyalar və pusquların təşkili planlaşdırılır.

Yanvarın 18-də ABŞ-ın "NBC News" telekanalı mənbələrə istinadən yazıb ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Arktikadakı rəqibləri qarşısında Kanadanın həssaslığından getdikcə daha tez-tez köməkçilərinə şikayət edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək