Dünya
Trampdan üçüncü dünya müharibəsi AÇIQLAMASI
Xpress.az Redaksiyası
21.01.2026 21:03
Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər o, 2024-cü il seçkisində qalib gəlməsəydi, Rusiya ilə Ukrayna arasındakı münaqişə üçüncü dünya müharibəsinə çevrilə bilərdi.
Trampın sözlərinə görə, artıq belə bir təhlükə istisnadır.
"Üçüncü dünya müharibəsi olmayacaq. Düşünürəm ki, əgər mən seçilməsəydim, Rusiya ilə Ukrayna arasındakı vəziyyət üçüncü dünya müharibəsinə çevrilə bilərdi", - deyə ABŞ prezidenti bildirib.