Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İran internetə çıxışı bərpa etməyə
İran internetə çıxışı bərpa etməyə
Dünya

İran internetə çıxışı bərpa etməyə BAŞLAYIB

Xpress.az Redaksiyası 22.01.2026 22:57

İran hakimiyyəti xarici saytlara girişə qoyulan məhdudiyyətləri aradan qaldırmağa başlayıb.

Bəzi iranlı mobil telefon abunəçiləri başqa ölkələrin veb-saytlarına yenidən baxa bildiklərini açıqlayıb.

Bununla belə, bəzi internet saytları üçün məhdudiyyətlər qüvvədə qalır.

Ölkədə internetin bağlanması etirazların kütləvi iğtişaşlara çevrilməsinə səbəb olan xarici mesajlaşma proqramlarının təsirini cilovlamaq cəhdləri ilə bağlı idi.

Qeyd edək ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və artan iqtisadi çətinliklərə etiraz olaraq başlanıb və qısa müddətdə bir çox şəhərə yayılıb.

8 yanvarda paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək