Zelenskidən sonra Ukraynanı kim idarə edəcək? Politoloq gözlənilməz adı açıqladı
Rusiyalı politoloq Dmitri Juravlyov Ukraynada Volodimir Zelenskidən sonra prezident postuna namizəd ola biləcək əsas fiqurların adını açıqlayıb.
Xpress.az Rusiya KİV-ə istinadən xəbər verir ki, politoloqun fikirincə hazırkı prezident Zelenski böyük ehtimalla yenidən seçkilərdə iştirak edəcək. Ümumiyyətlə Ukraynanın siyasi tarixində formalaşmış ənənəyə görə, heç bir prezident bir müddətdən artıq hakimiyyətdə qala bilməyib. Bu baxımdan istisna yalnız Leonid Kuçma olub, lakin onun ikinci prezidentlik dövrü də olduqca çətin keçib.
Juravlyovun sözlərinə görə, Zelenskidən başqa potensial namizədlər sırasında Ukraynanın baş naziri Yuliya Sviridenko və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı yer alır. Politoloq həmçinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovnda şansı olduğunu söyləyib.
Ekspert qeyd edib ki, mövcud siyasi balansda Sviridenko ABŞ-nin maraqlarını təmsil edir, Zalujnı isə Böyük Britaniyanın layihəsi hesab olunur. Bununla belə, Juravlyov ən yüksək qalibiyyət ehtimalını məhz Sviridenkoya verir. Onun fikrincə, Ukrayna cəmiyyəti münaqişədən yorulduğuna görə, Sviridenkonun hərbi ritorika ilə çıxış etməməsi üçün ona üstünlük verə bilərlər.
«Bir çox insan şüuraltı olaraq qadın obrazını sülh anlayışı ilə əlaqələndirir.
Hazırda isə Ukraynada prezident seçkisi kampaniyasının başladığını göstərən hər hansı əlamət müşahidə olunmur. Zelenskinin nəzərdə tutduğu iki-üç aylıq seçkiqabağı müddət kifayət qədər qısa hesab edilir və belə bir durumda əsas üstünlük mövcud prezidentin tərəfində olur,"– deyə politoloq fikirlərini tamamlayıb.