Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət “Gabala Beverage Company” şirkətininin təsisçisi i...
“Gabala Beverage Company” şirkətininin təsisçisi ilə görüş keçirilib
Mədəniyyət

“Gabala Beverage Company” şirkətininin təsisçisi ilə görüş keçirilib

Xpress.az Redaksiyası 29.01.2026 18:08

Gabala Beverage Company” şirkətininin təsisçisi ilə görüşdə biznes təşəbbüsləri, alkoqollu və alkoqolsuz içki zavodununtikintisi üzrə görülən işlər müzakirə edilib.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Gabala Beverage Company” şirkətininin təsisçisi Sezar Çöçelli ilə görüşüb.

Görüşdə şirkətlə əməkdaşlıq məsələləri və biznes təşəbbüslərimüzakirə edilib. Qəbələ rayonu ərazisində alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Layihənin rəqabətqabiliyyətli məhsul istehsalı, ixrac imkanlarının genişləndirilməsi və regionlarda məşğulluğun təşviqibaxımından perspektivləri qeyd edilib.

Xatırladaq ki, “Gabala Beverage Company” şirkəti İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (keçmiş “Azərbaycan İnvestisiya Şirkəti” ASC) və Gürcüstanın “Georgian Beer Company” Ltd şirkəti arasında imzalanan Birgə İştirak Müqaviləsinə əsasən yaradılıb. Qəbələ rayonunda qabaqcıl beynəlxalq texnologiyalara əsaslanan pivə və sərinləşdirici içki zavodu illik 147 milyon litr istehsal gücünə malik olacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək