Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Alim Qasımovdan SƏMİMİ ETİRAF:
Alim Qasımovdan SƏMİMİ ETİRAF:
Mədəniyyət

Alim Qasımovdan SƏMİMİ ETİRAF: “Özümü reklam edirəm”

Xpress.az Redaksiyası 30.01.2026 09:33

“Mən özümü gənclərlə reklam edirəm”.

Bu sözləri Xalq artisti, xanəndə Alim Qasımov “Xəzər axşamı” verilişində deyib.

Aparıcının “Siz həmişə gənclərlə oxuyursunuz, onlara dəstək olursunuz” fikrinə xanəndənin reaksiyası belə olub:

“Mən onlarla oxuyanda həm də özümü reklam edirəm. Cavan müğənninin öz publikası var. Düzdür, gənclərin publikasında muğama qulaq asanlar var, amma çox deyil. Amma mən onlarla oxuyuram, əvəzində gənc nəsli muğamatı dinləməyə sövq edirəm. Muğamı gənclərə tanıdıram. Məsələn, mən vaxtilə Vaqif Gərayzadənin mahnılarını oxumuşam, rusdilli publika o mahnıları sevdi. Sonra başladılar muğama qulaq asmağa. Yolda ruslar məni saxlayıb rus dilində deyirdilər: “Əhsən, nə gözəl oxumusan”./Yenicag.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək