Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Əli Əmirli “Ən yaxşı dramaturq” mükafatına layiq g...
Əli Əmirli “Ən yaxşı dramaturq” mükafatına layiq görülüb
Mədəniyyət

Əli Əmirli “Ən yaxşı dramaturq” mükafatına layiq görülüb

Xpress.az Redaksiyası 12.02.2026 21:19

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY və “Anadolu” Qəzetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq TÜRKSOY Teatr Mükafatları sahiblərinə təqdim edilib. Türk Dünyasının müxtəlif coğrafiyalarından teatr sənətkarlarını bir araya gətirən mərasimə çok sayda iştirakçı qatılıb.

Türk Dünyasında teatr sənətinə əmək verən sənətkarları təltif etməyi hədəfə alan mükafatlar bu il 11-ci dəfə təqdim olunub. TÜRKSOY üzvü ölkələrdən müəyyənləşdirilən sənətkarlar səhnə sənətinə verdikləri dəyərli töhfələrə və uğurlu yaradıcılıqlarına görə mükafatlara layiq görülüblər.

Hər il Beynəlxalq Anadolu Teatr Mükafatları çərçivəsində təşkil olunan tədbir Türk Dünyası teatrları arasında bədii qarşılıqlı əlaqələri artırmağı, ortaq mədəni irsi səhnə sənətləri vasitəsilə görünür etməyi və teatr sahəsində əməkdaşlığı təşviq etməyi hədəfləyir.

Bu il Azərbaycandan bu mükafata Əməkdar incəsənət xadimi, professor Əli Əmirli layiq görülüb. O, 2026-cı il Beynəlxalq TÜRKSOY Teatr Mükafatlarının “Ən yaxşı dramaturq” nominasiyası üzrə laureatı olub.

Şahanə Müşfiq

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək