Təhsil
Sumqayıtdakı bu məktəb əsaslı təmir olunacaq
Xpress.az Redaksiyası
13.02.2026 12:27
Sumqayıt şəhərində yerləşən Fikrət Əmirov adına 5№-li uşaq musiqi məktəbi əsaslı təmir olunacaq.
Xpress.az xəbər verir ki, təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması üçün "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən tender elan olunub.
Tenderin ehtimal olunan qiyməti 61.360 AZN-dir.
Təkliflərin son təqdim olunma tarixi və vaxtı 06.03.2026-cı ildir.