Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Dondan-dona girən Emin üçün xaricdən cangüdənlər g...
Dondan-dona girən Emin üçün xaricdən cangüdənlər gətirilibmiş -
Ana səhifə

Dondan-dona girən Emin üçün xaricdən cangüdənlər gətirilibmiş - DETALLAR + VİDEO

Xpress.az Redaksiyası 15.02.2026 23:45

Birinci vitse-prezident Mehriban Əliyevanın Emin Hüseynova: “Qadın paltarı geyinib səfirlikdə  gizlənən siz idiniz?” - sualı geniş rezonans doğurmaqla yanaşı, 10 il bundan əvvəl baş vermiş hadisələrin indiyə kimi açıqlanmayan təfərrüatlarına ictimai tələbat olduğunu aydın göstərdi.

Artıq bu məsələnin bəzi detalları barədə məlumat vermişdik.

Qeyd edilmişdi ki, 2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd göstərir. Ancaq səfirlik Sülh Korpusunun təmsilçisi Sarah Polsvordla formal nikahda olan Eminin xahişinə müsbət cavab vermir.

Xpress.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məsələ ilə bağlı yeni təfərrüatlar ondan ibarətdir ki, amerikalılar Emini öz səfirliklərində saxlamağa risk etməyiblər və bu məqsədlə əvvəlcə Polşanın Azərbaycandakı səfirliyindən istifadə etməyə çalışıblar.

Lakin polyaklar bu avantüraya getməyiblər.

Sonra başqa variantlar axtaran amerikalılar nəticədə seçimlərini İsveçrənin Azərbaycandakı səfirliyinin üzərində saxlayıblar. 

Səfirliyə tapşırıq birbaşa Berndən gəlib. Səfir Paskal Obişer o zaman məzuniyyətdə olsa da, bundan imtina etməyə cəsarəti çatmayıb.

Məlumata görə, Emin xarici görkəmini tam dəyişib, saçını rəngləyib, qadın paltarı geyinib. O,  hətta, adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxıb.

Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı qadın libasında olan və ingiliscə danışan Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürüb və o, səfirliyə daxil olmağı bacarıb.

Artıq səfirliyə daxil olandan sonra ona binanın 3-cü mərtəbəsində otaq veriblər. Avropa oyunları başlayana qədər elə həmin otaqda da qalıb.

Məlumata görə, onun yeməyi-içməyi yüksək səviyyədə təşkil olunub, hətta çörək belə “Brothause”dan alınıb.

Bundan başqa, Emin üçün hər gün bazarlıq edilib, o, hər şeylə təmin olunub. İş o yerə çatıb ki,  Eminə görə İsveçrədən bir neçə nəfər mühafizəçi də gətiriblər. Amma təkcə mühafizəçi yox, onun fizioloji tələbatlarını ödəmək üçün İsveçrədən qız belə gətiriblər.

Dərmanlar əvvəl ancaq alman aptekindən alınıb, amma sonra İsveçrədən gətirilib. Kənardan yemək sifariş olunmayıb, Eminin yeməyi elə səfirlikdə bişirilib.

İsveçrəlilər həmin vaxt Almaniyada olan arvadı Sara Polsvordla telefon danışıqlarını təşkil ediblər.

Yekunda İsveçrə hökuməti Eminin təxminən 200.000 AZN məbləğində vergi borcunu ödəyib. Emin isə Azərbaycan vətəndaşlığından imtina edərək İsveçrə hökuməti qarşısında öhdəlik götürüb ki, siyasi fəaliyyətlə məşğul olmayacaq.

Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatının müşayiəti ilə bu ölkəyə uçur.

Bir müddət sonra isə İsveçrənin səfiri Paskal Obişer Belarusa müvəqqəti işlər vəkili göndərilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabah hava əsasən yağmursuz olacaq -

11.11.2026 12:53 Cəmiyyət

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edir -

11.11.2026 12:24 Siyasət

ICESCO-nun Baş direktoru Azərbaycan pavilyonunu ziyarət edib -

11.11.2026 12:15 Gündəm

Azərbaycanın danışıqlar komandası COP31-də fəal işləyir -

11.11.2026 12:02 Cəmiyyət

Kerem Bürsin Xpress.az-a danışdı: Şirkətlərə sərt çağırış –

11.11.2026 11:57 Mədəniyyət

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 11:31 Siyasət

Keniya Azərbaycanda səfirlik açacaq

11.11.2026 11:16 Siyasət

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub

11.11.2026 11:10 Hadisə

Bakıda avtomobil körpüdən aşıb

11.11.2026 11:09 Hadisə

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb

11.11.2026 10:51 Hadisə

"TikTok"da canlı yayım açan sürücülərin

11.11.2026 10:27 Cəmiyyət

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək