Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Rövşanə ilə müğənni arasında canlı efirdə
Rövşanə ilə müğənni arasında canlı efirdə
Mədəniyyət

Rövşanə ilə müğənni arasında canlı efirdə "DAVA" DÜŞDÜ - VİDEO

Xpress.az Redaksiyası 20.02.2026 22:27

Tele-aparıcı Rövşanə Ağasəfqızı ilə müğənni Mehriban Qəmbərova arasında canlı yayım zamanı yaşanan mübahisə sosial şəbəkələrdə geniş rezonans doğurub.

 Proqram zamanı aparıcının sənətçinin keçmişinə toxunaraq plastik əməliyyatlar və bədənşəkilləndirmə etdirdiyini vurğulaması studiyada gərginliyə səbəb olub. Bu sözlərə Mehriban Qəmbərova sərt reaksiya verib.

 İfaçı bildirib ki, onun bədəni və şəxsi seçimi ictimai müzakirə mövzusu olmamalıdır:

 "Bədənimin kimlər üçün maraqlı olması məsələsi düzgün yanaşma deyil. Bu, ən yaxşı halda yaxınlarımı, həyat yoldaşımı və ya sevgilimi maraqlandıra bilər".

 Studiyada qarşılıqlı söz atışması yaşanıb və veriliş bir müddət gərgin atmosferdə davam edib. Sosial media istifadəçiləri məsələyə fərqli mövqedən yanaşıblar. Bəziləri aparıcının suallarını peşəkar jurnalist marağı kimi qiymətləndirsə də, digərləri şəxsi həyat və bədənlə bağlı mövzuların efirdə qabardılmasını etik hesab etməyiblər.

 Hadisə qısa zamanda gündəmə çevrilərək geniş müzakirələrə yol açıb./Milli.az/

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək