Mədəniyyət
“İBRƏTİALƏM”
Xpress.az Redaksiyası
24.02.2026 18:03
Biri varmış, biri yoxmuş. Özünü ağıllı hesab edən bir qadın varmış. Həmin qadın qurumlardan birində işə düzəlir. İş yerinin qarşısındakı binadan iki daxma kirayələyir və həmin daxmalarda əxlaqsız işlərlə, qadın alveri ilə məşğul olmağa başlayır.
Müəyyən müddətdən sonra bu qanunsuz əməllərin üstü açılır və pristav tərəfindən evə basqın edilir. Evdə olanların hamısı həbs edilərək qazamata aparılır. Cəmiyyətə ibrət olsun deyə qadınların saçları qırxılır.
Həmin gündən etibarən alverçi qadın travma yaşayır. Qorxusundan bir daha saçını uzada bilmir ki, yenidən qırxarlar.
Elşad Heydərov