Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Tolikdən haqqında yayılan iddialara sərt
Tolikdən haqqında yayılan iddialara sərt
Mədəniyyət

Tolikdən haqqında yayılan iddialara sərt CAVAB - “Məni rahat buraxın!.."

Xpress.az Redaksiyası 26.02.2026 14:28

Xəbər verdiyimiz kimi, prodüser-aparıcı Tarix Əliyev (Tolik) barədə son günlər mediada və sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Məlumatlarda onun verilişinin bağlanacağı, eyni zamanda, Space TV-də musiqi departamentinin rəhbəri vəzifəsinə təyin olunacağı bildirilirdi.

Tarix Əliyev barəsində dolaşan məlumatlara sərt reaksiya verib. O, açıqlamasında dəqiqləşdirilməmiş və təsdiqlənməmiş məlumatların yayılmasından narazılığını ifadə edib: “Əziz media nümayəndələri və jurnalistlər, xahiş edirəm ki, mənim haqqımda məlumat yayarkən evdən oturub "dırnaqarası jurnalistika" ilə məşğul olan mənbələrə deyil, dəqiq, etibarlı sayt və mənbələrə istinad edin. Instagram səhifələrini də belə qəbul etməyin. Mənimlə bağlı dəqiqləşdirilməmiş, təsdiqlənməmiş məlumatlar yaymayın və bunun üçün mənə narahatlıq yaratmayın”.

Qeyd edək ki, Tarix Əliyevin verilişinin bağlanacağı və yeni vəzifəyə təyin olunacağı ilə bağlı iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək