Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Kredit borcuna görə qohumlara zəng etmək -
Kredit borcuna görə qohumlara zəng etmək -
İqtisadiyyat

Kredit borcuna görə qohumlara zəng etmək - QANUNİDİRMİ?

Xpress.az Redaksiyası 03.03.2026 10:34

Bankdan və ya bank olmayan kredit təşkilatından (BOKT) kredit götürərkən vətəndaşdan bir neçə yaxınının əlaqə nömrəsi tələb olunur. Bank əməkdaşı qohumların və ya digər əlaqə şəxslərinin telefon nömrələrini istəyir və müştəri bu məlumatları könüllü şəkildə təqdim edir. Bu hal qanunvericiliyə zidd sayılmır.

Lakin son vaxtlar şikayətlər var ki, bəzi banklar vətəndaşın yalnız təqdim etdiyi nömrələrlə kifayətlənmir, onun qeyd etmədiyi şəxslərlə də əlaqə saxlayırlar. Həmin şəxslərə kreditin gecikməsi və digər maliyyə öhdəlikləri barədə məlumat verildiyi bildirilir.

Hətta bəziləri iddia edir ki, bu nömrələr onların telefonunun əlaqə kitabçasından seçilir.

Bu, qanunvericiliyə görə doğrudur? Əgər müştəri kiminsə nömrəsini qeyd etməyibsə, ondan icazəsiz niyə zəng edilir?

Bizim.Media mövzuyla bağlı hüquqşünas Aytac Qurbanovanın fikirlərini öyrənib. Hüquqşünas deyir ki, məsələ emosional müstəvidə deyil, hüquqi çərçivədə qiymətləndirilməlidir:

"Kredit rəsmiləşdirilərkən çox zaman borcalan özü əlavə əlaqə nömrələri təqdim edir. Əksər hallarda müqavilədə gecikmə halında həmin nömrələrlə əlaqə saxlanıla biləcəyi göstərilir. Bu mərhələdə hər hansı mübahisəli vəziyyət formalaşmır".

Aytac Qurbanova nəzərə çatdırıb ki,  gecikmə halında bank əməkdaşının təqdim edilmiş nömrələrlə əlaqə saxlaması praktiki baxımdan izaholunandır.

"Bankın öhdəliyin icrasını tələb etmək hüququ var və əlaqə yaratmaq cəhdi bu hüququn həyata keçirilməsi çərçivəsində qiymətləndirilə bilər.

Bu mərhələdə təqdim edilmiş nömrələrə zəng edilməsini avtomatik olaraq qanunsuz hesab etmək düzgün olmaz. Bu kontekstdə əsas məsələ bankın əlaqə yaratmaq hüququ ilə məlumat açıqlamaq qadağası arasındakı hüquqi fərqin düzgün müəyyən edilməsidir. Birincisi, təqdim edilmiş nömrəyə zəng etmək həmin şəxsin borca görə məsuliyyət daşıması demək deyil. Zamin olmayan üçüncü şəxsdən ödəniş tələb etmək hüquqi əsasdan məhrumdur.
 

İkincisi, əlaqə yaratmaq ilə maliyyə məlumatını açıqlamaq arasında ciddi fərq var. Borcun məbləğini, gecikmə tarixini və digər maliyyə detallərini üçüncü şəxslərlə bölüşmək artıq bank sirrinin və fərdi məlumatların qorunması rejiminə toxunur.

Mülki Məcəllənin 967-ci maddəsi və “Banklar haqqında” Qanun bank sirrinin qorunmasını imperativ norma kimi təsbit edir. Eyni zamanda “İnformasiya əldə etmək haqqında” Qanunun 38.2.9-cu maddəsinə əsasən maliyyə əməliyyatları barədə məlumatlar fərdi məlumat hesab olunur. Kreditin mövcudluğu və ya gecikməsi də bu kateqoriyaya daxildir. Bu səbəbdən maliyyə məlumatının üçüncü şəxslərə ötürülməsi qanuni əsas olmadan yolverilməzdir".

Hüquqşünas vurğulayıb  ki, əgər qeyd olunmamış bir nömrəyə zəng edilirsə, bu, qanunsuzdur.

"Bankın borcalanın şəxsi telefon kitabçasına çıxışı yoxdur və belə mexanizm qanunvericilikdə nəzərdə tutulmayıb. Əgər təqdim edilməmiş nömrəyə zəng edilirsə, həmin məlumatın hansı hüquqi əsasla əldə edildiyi sual doğurur. Məlumatın qanunsuz əldə olunması və ya icazəsiz emalı bank sirri və fərdi məlumatların qorunması üzrə normativ rejimin pozulması kimi hüquqi qiymətləndirilir və məsuliyyət mexanizmlərinin tətbiqinə əsas yarada bilər.

İş yerlərinə zəng edilməsi halları da eyni qaydada qiymətləndirilməlidir. İşəgötürən kredit müqaviləsinin tərəfi deyil və kredit münasibətinin iş mühitinə daşınması konfidensiallıq prinsipinə toxunur".

“Gecikmə bankın fərdi məlumatları açıqlamasına əsas vermir”.

"Kredit münasibəti müqavilə münasibətidir və onun icrası qanunla müəyyən edilmiş çərçivədə həyata keçirilməlidir. Bankın borcun icrasını tələb etmək hüququ mövcuddur və bu hüquq təqdim edilmiş əlaqə vasitələri çərçivəsində istifadə oluna bilər. Lakin bu, bank sirrinin və fərdi məlumatların açıqlanmasına əsas vermir. Təqdim edilməmiş nömrələrə müdaxilə və ya maliyyə məlumatının üçüncü şəxslərlə paylaşılması isə hüquqi qiymətləndirmə tələb edən haldır. Belə hallarda əsas meyar əlaqə yaratmaq hüququ ilə konfidensial məlumatın qorunması arasındakı sərhədin düzgün müəyyən edilməsidir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək