Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Plan 25 ildir hazırlanırmış... -
Plan 25 ildir hazırlanırmış... -
Dünya

Plan 25 ildir hazırlanırmış... - Xameneinin öldürülməsi ilə bağlı YENİ DETALLAR

Xpress.az Redaksiyası 03.03.2026 10:00

“Financial Times” nəşri İranın ali lideri Əli Xameneinin öldürülməsi ilə bağlı yeni təfərrüatlar yayıb.

Nəşrin məlumatına görə, İsrail “Nərildəyən Aslan” əməliyyatına hazırlıq çərçivəsində Tehrandakı yol müşahidə kameralarına sızaraq yüksək rütbəli iranlı rəsmilərin gündəlik həyatını izləyib. Həmin əməliyyat zamanı Xameneinin öldürüldüyü bildirilir.

Məqalədə qeyd olunur ki, Xameneinin ətrafında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agent şəbəkəsinə daxil olan mənbə də olub. Hesabatda bildirilir ki, İsrail kəşfiyyatı Xameneinin və onun mühafizə xidmətinin “həyat tərzini”, o cümlədən hərəkət marşrutlarını, iş qrafiklərini və adətən onun yanında olan yüksək vəzifəli şəxslərin kimliyini müəyyən edib.

Nəşr həmçinin vurğulayır ki, İsrail İran rəhbərliyi və onların hərəkətləri barədə toplanmış böyük həcmli məlumatların emalı üçün süni intellekt alətləri və xüsusi alqoritmlərdən istifadə edib.

Bundan əlavə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təqdim etdiyi əlavə mənbə Xameneinin öldürüldüyü gün onun dəqiq yerləşdiyi yeri təsdiqləyib.

Financial Times yazır ki, İsrail Xameneinin qorunduğu binalar kompleksinə “Sparrow” tipli raketlərlə zərbə endirib. Taktiki sürpriz effekti əldə etmək üçün təyyarələr gündüz saatlarında havaya qaldırılıb, baxmayaraq ki, İranda yüksək döyüş hazırlığı səviyyəsi mövcud olub.

Ümumilikdə kompleksə 30 raket atılıb. Əraziyə yaxın mobil rabitə qüllələri sıradan çıxarılıb ki, mühafizə əməkdaşlarının telefonları xəbərdarlıq zənglərini qəbul edə bilməsin.

Əməliyyat radioelektron kəşfiyyat, mobil şəbəkələrə sızma və ABŞ mənbəyinin görüşün baş tutduğunu təsdiqləməsi kimi mərhələləri əhatə edib.

Nəşr qeyd edir ki, əməliyyatın planlaşdırılmasına hələ 2001-ci ildə başlanılıb. O vaxt sabiq baş nazir Ariel Şaron “Mossad”a göstəriş verib ki, İran əsas hədəf seçilsin.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək