Dünya
İranın zəlzələ ilə SİLKƏLƏNDİ
Xpress.az Redaksiyası
03.03.2026 12:34
İranın cənub bölgəsində 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin açıqlamasına görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
Zəlzələnin episentri əhalisi təxminən 1,25 milyon nəfər olan Şiraz şəhərindən 211 kilometr cənub-şərqdə yerləşib.
Hazırda hadisə nəticəsində hər hansı tələfat və ya dağıntı barədə rəsmi məlumat verilməyib.