Donald Trump: “Dəniz yolu ilə narkotik axını 94% azalıb”
ABŞ Prezidenti Donald Trump xalqa müraciətində ölkəyə dəniz yolu ilə narkotik tədarükünün demək olar ki, tamamilə — 94 faiz azaldığını açıqlayıb.
Xatırladaq ki, dövlət başçısının Amerika xalqına müraciəti Moskva vaxtı ilə saat 05:00-da başlayıb. Çıxış zamanı o, ilin əsas nailiyyətlərini və yeni təşəbbüslərini vurğulayıb.
Lakin bu cür hesabatlar mürəkkəb ictimai-siyasi fonunda səsləndirilir. Seçicilər arasında prezidentə dəstəyin tarixi minimuma endiyi, inflyasiyanın azaldılması ilə bağlı vədlərə baxmayaraq narazılığın davam etdiyi bildirilir. Təsdiq reytinqlərinin enməsi fonunda Tramp bəzi sorğu şirkətlərini ABŞ iqtisadiyyatının real vəziyyəti ilə bağlı məlumatları qərəzli şəkildə təhrif etməkdə ittiham edib.
Xpress.az