Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət “Qırmızı ayaqqabılar” bədii filmi Tampere Film Fes...
“Qırmızı ayaqqabılar” bədii filmi Tampere Film Festivalının proqramına daxil edilib
Mədəniyyət

“Qırmızı ayaqqabılar” bədii filmi Tampere Film Festivalının proqramına daxil edilib

Xpress.az Redaksiyası 04.03.2026 14:24

Azərbaycan və Qırğızıstan kinematoqrafçılarının ilk ortaq istehsalı olan “Qırmızı ayaqqabılar” bədii filmi Avropanın məşhur Tampere Film Festivalının əsas yarışma proqramına daxil edilib. 



56 ildir Finlandiyanın Tampere şəhərində keçirilən festival bu il martın 4-dən 8-nə kimi davam edəcək. 
Ekran əsəri 5 yaşlı Camalın hekayəsindən bəhs edir. O, kənddə nənəsi ilə yaşayır və bir gün evlərinə gələn gözəl bir qadının qırmızı ayaqqabılarını görür. Bu qadının onun anası olduğunu eşidən Camal yeni, yad, amma eyni zamanda doğma duyğularla qarşılaşır.
Qırğızıstanın “Tartaly” Fondu Azərbaycanın “Cinemedia” şirkəti tərəfindən istehsal olunan qısametrajlı bədii filmin ssenari müəllifi və rejissoru Alina Baitukova, prodüseri Ayperi Muradbəyova və Nərmin Muradovadır. Filmin icraçı prodüseri Tünzalə Babayeva, rəng həlli Əliəskər Mirzəyev, səs rejissoru Nadir Mahmudovdur. 
Qeyd edək ki, “Qırmızı ayaqqabılar” bədii filmi Azərbaycan Respublikasının Kino Agentliyinin post- prodakşn mərhələsində olan filmlər arasında keçirdiyi “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”ndə qalib gələrək maliyyə dəstəyi almışdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək