Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Avropanın 10 ölkəsi böyük təxliyə planı hazırlayır
Avropanın 10 ölkəsi böyük təxliyə planı hazırlayır
Dünya

Avropanın 10 ölkəsi böyük təxliyə planı hazırlayır

Xpress.az Redaksiyası 05.03.2026 09:47

On Skandinaviya ölkəsi böyük böhran və ya hərbi münaqişə halında mülki şəxslərin sərhəddən təxliyəsi üçün birgə mexanizmlər hazırlamaq barədə razılığa gəlib.

İsveç tərəfi bu barədə açıqlama yayıb.

İsveç rəsmiləri bu təşəbbüsün Ukraynadakı tammiqyaslı müharibə təcrübəsindən irəli gəldiyini bildiriblər.

Razılaşmalara əsasən, ölkələr nəqliyyat, sərhəd nəzarəti, insanların hərəkəti üçün təhlükəsiz dəhlizlərin yaradılması və digər təşkilati məsələlər üzrə əlaqələndirilmiş planlar hazırlayacaqlar.

İsveç Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Ukraynanın təcrübəsi göstərir ki, müvəqqəti əhali köçürülməsi milli müdafiənin davam etdirilməsinə imkan verir və eyni zamanda mülki şəxslərin qorunmasını təmin edir.

İsveç tərəfi aydınlaşdırıb ki, sərhəddən təxliyə planlaşdırması təkcə nəqliyyat və logistikanı deyil, həm də insanların qəbulu və qeydiyyatı mexanizmlərini, eləcə də həssas qruplar üçün xüsusi qoruyucu tədbirləri əhatə edəcək.

"Sazişin məqsədi böyük böhranlar və ya ən pis halda müharibə zamanı mülki şəxslərin müdafiəsini gücləndirməkdir", - deyə bildirilib.

Qeyd edək ki, Almaniya, Polşa, eləcə də Estoniya, Latviya, Litva, Norveç, Finlandiya, İslandiya və Danimarka kimi NATO-ya üzv ölkələr sazişə qoşulub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək