Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Sara Əzimova yazır:
Sara Əzimova yazır:
Gündəm

Sara Əzimova yazır: "Sərhəddə təhqir, məktəbə hücum-nankor molla rejiminin əsl siması Naxçıvanlılara yaxşı tanışdır"

Xpress.az Redaksiyası 05.03.2026 14:07

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Sara Əzimova İranla bağlı son hadisələr fonunda şəxsi xatirələrinə və müşahidələrinə əsaslanan yazı ilə çıxış edib.

Xpress.az xəbər verir ki, o, illər boyu naxçıvanlıların İran sərhədində üzləşdiyi münasibətin təsadüfi olmadığını bildirib.

Sara Əzimova qeyd edir ki, Naxçıvan uzun illər blokada şəraitində yaşadığı üçün insanlar Bakıya getmək və ya sadə ticarət məqsədilə İran ərazisindən keçməyə məcbur qalırdı. Onun sözlərinə görə, həmin dövrlərdə sərhəd keçid məntəqələrində azərbaycanlılara qarşı tez-tez kobud və təhqiramiz münasibət sərgilənirdi.

Sözügedən yazını təqdim edirik: 

"Biz naxçıvanlılar olaraq nankor molla rejimin mahiyyətini uzaqdan deyil, illər boyu öz həyatımızda hiss etmişik. Naxçıvan uzun illər blokada şəraitində yaşadığı üçün Bakıya getmək, yaxud sadə ticarət üçün belə İran ərazisindən keçməyə məcbur qalırdıq. Uşaqlıqdan yaddaşıma həkk olunan bir mənzərə var: sərhəd keçid məntəqələrində azərbaycanlılara qarşı kobud davranış, səbəbsiz qışqırıqlar, təhqiramiz münasibət…

Elə hallar olurdu ki, heç bir səbəb olmadan insanları saatlarla gömrükdə saxlayırdılar. Bir dəfə viza vurulması üçün növbədə bir nəfərin sıranı pozmasını bəhanə edərək qoca, uşaq demədən hamını saatlarla gözlətdilər. Yanımda körpə uşaq vardı. Su istədik. Onu belə vermədilər. Şüşəli otaqlardan bizə nifrət dolu baxışlarla baxıb gülürdülər.

Bu, sadəcə bir sərhəd proseduru idi? Xeyr... Bu, açıq şəkildə hiss olunan mənəvi təzyiq idi. Biz naxçıvanlılar bu münasibətin təsadüfi olmadığını çox yaxşı anlayırdıq. Uzun illər ərzində sərhəddə, gömrükdə, müxtəlif məqamlarda azərbaycanlılara qarşı eyni münasibətin təkrarlanması artıq bir sistemin göstəricisi idi.

Bu gün isə həmin rejimin əsl siması bir daha üzə çıxdı. Naxçıvanda dərs vaxtı, uşaqlar məktəbdə olarkən tədris müəssisəsinin vurulması artıq bütün sərhədləri aşan bir vəhşilikdir. Mülki infrastrukturun, xüsusilə də məktəbin hədəfə alınması heç bir şəkildə izah oluna bilməz.

ABŞ və Avropa İttifaqının müxtəlif strukturları, hərbi missiyaları Ermənistanda yerləşdiyi halda, İranın hədəfi Azərbaycanın mülki infrastrukturu və məktəbdə dərs oxuyan uşaqlar olur.
Bu hadisə molla rejiminin əsl mahiyyətini bir daha ortaya qoyur. Uşaqların həyatını təhlükə altına atan belə addımlar bu rejimin nə qədər təhlükəli və məsuliyyətsiz olduğunu göstərir.
Tarix isə belə hadisələri heç vaxt unutmur".

Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

"TikTok"da canlı yayım açan sürücülərin

11.11.2026 10:27 Cəmiyyət

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək