Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm SEPAH-dan Naxçıvana hücumla bağlı ŞOK AÇIQLAMA -
SEPAH-dan Naxçıvana hücumla bağlı ŞOK AÇIQLAMA -
Gündəm

SEPAH-dan Naxçıvana hücumla bağlı ŞOK AÇIQLAMA - "Xəbərdarlıq idi!"

Xpress.az Redaksiyası 05.03.2026 15:27

İran mediasında Naxçıvanla bağlı yeni iddia səsləndirilib.

Musavat.com-un xəbərinə görə, yayılan məlumatlarda Naxçıvan hava limanının, xüsusilə İsrail və ABŞ zabitlərinin guya İranın infrastrukturuna qarşı hücumların planlaşdırılması ilə məşğul olduqları iddia edilən hissəsinin “Arash-2” adlı pilotsuz uçuş aparatı ilə vurulduğu bildirilib.

İddialara görə, bu PUA İran ordusunun quru qoşunları tərəfindən istifadə olunur və təxminən 120 kiloqramlıq döyüş başlığına malikdir.

Mənbələrdə qeyd olunub ki, sözügedən zərbə “xəbərdarlıq xarakterli addım” kimi təqdim edilir və İranın belə məsələlərdə güzəştə getməyəcəyi vurğulanır. Açıqlamada həmçinin Azərbaycan “Bakı rejimi” kimi tənqid olunaraq sərt ifadələr işlədilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək