Dünya
“Fransa Azərbaycanla tam həmrəydir”
Xpress.az Redaksiyası
05.03.2026 20:29
Fransa Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini açıqlayıb.
Fransa XİN bu haqda “X” sosial şəbəkəsində yazıb.
“Fransa İranın bu səhər Azərbaycanda Naxçıvan Beynəlxalq Hava Limanına endirdiyi pilotsuz təyyarənin zərbəsini ən kəskin şəkildə pisləyir. Fransa hücumda yaralanan 4 nəfərin tezliklə sağalmasını arzulayır.
Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasını təşkil edən bu əsassız hücum qarşısında Azərbaycanla tam həmrəy olduğunu bildirir”, - paylaşımda qeyd edilib.